“Qalatasaray” futbol klubunun dünyaca məşhur nigeriyalı hücumçusu Viktor Osimhenin görüntüləri sosial şəbəkələrdə gündəm olub.
İdman.Biz xəbər verir ki, “Qalatasaray”ın məşqindən sonra klubun bazasından çıxışda gözləyən azarkeşlərdən biri tərəfindən lentə alınan görüntülərdə Osimhenin idarə etdiyi avtomobilin işıqfora yaxınlaşdığı anlar əks olunub.
Hadisə zamanı işıqforda qırmızı işıq yansa da, dünyaca məşhur hücumçu avtomobili saxlamayıb və yoluna davam edib. Ulduz futbolçunun qayda pozuntusuna yol verdiyi həmin anlar qısa müddət ərzində sosial şəbəkələrdə yayılaraq viral olub.
Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri və futbolsevərlər iki yerə bölünüb. Bir qrup istifadəçi peşəkar idmançının yol hərəkəti qaydalarına nümunə olacaq şəkildə əməl etməli olduğunu bildirərək baş verənlərə etiraz edib.
