Qurban Qurbanov: “Transfer pəncərəsi” bağlanana qədər futbolçu axtarışlarını davam etdiririk”

19 Avqust 2026 11:43
121
Qurban Qurbanov: “Transfer pəncərəsi” bağlanana qədər futbolçu axtarışlarını davam etdiririk”

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “transfer pəncərəsi” bağlanana qədər heyətin gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçiriləcək ilk oyundan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında danışıb.

Qurbanov Jeremi Qnalinin potensialının yüksək olduğunu qeyd edib və onun icarəyə verilməsi variantını nəzərdən keçirdiklərini bildirib:

“İştirak ərizəsində dünən dəyişiklik olmalı idi. Yeni transfer olmalı idi. Amma müəyyən problemlər üzündən alınmadı. Hələ vaxtımız var, dəyişiklik edə bilərik. Jeremi Qnalinin çox yaxşı potensialı var. Oyun praktikası qazanması üçün icarəyə verilməsi variantını nəzərdən keçiririk. “Transfer pəncərəsi” bağlanana qədər ehtiyac duyulan mövqelərə uyğun futbolçu axtarışlarını davam etdiririk”.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz