“Bəxtimiz gətirmədi” - İqor Kostyukun İDMAN.BİZ-Ə CAVABI - VİDEO

13 Avqust 2026 22:34
180
“Bəxtimiz gətirmədi” - İqor Kostyukun İDMAN.BİZ-Ə CAVABI

“İkinci hissədə biz təşəbbüsü ələ keçirdik”.

Bu sözləri “Dinamo Kiyev”in baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının üçüncü təsnifat mərələsinin Bakıda “Qarabağ”la keçirilən oyunundan sonrakı mətbuat konfransında İdman.Biz-in reallaşdırılmayan qol fürsətlərinin oyunun nəticəsinə təsiri barədə sualına cavab verərkən deyib.

“İkinci hissədə üç real qol imkanımız var idi. Lakin bizim ola bilsin bəxtimiz gətirmədi və fürsətlərdən istifadə edə bilmədik”, - Kostyuk bildirib.

Oyun 2:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb və “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Polşada keçirilən ilk matç 1:0 hesabı ilə kiyevlilərin xeyrinə başa çatmışdı.

@idman.biz "İkinci hissədə biz təşəbbüsü ələ keçirdik". Bu sözləri "Dinamo Kiyev"in baş məşqçisi İqor Kostyuk deyib #qarabağfk #dinamokiyev #konfransligası ♬ orijinal səs – Idman və Biz - Idman və Biz
İdman.Biz