Mauro İkardiyə La Liqadan maraq var

7 Avqust 2026 17:15
102
Mauro İkardiyə La Liqadan maraq var

İspaniyanın “Rayo Valyekano” futbol komandası 33 yaşlı Mauro İkardinin transferini nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Radio Mitre”yə danışan ispaniyalı jurnalist Roberto Antolin məlumat verib.

Onun sözlərinə görə, Madrid təmsilçisi argentinalı futbolçu ilə maraqlanır. İkardinin sevgilisi Çina Suareslə birlikdə Madriddə ev axtarmağa başlaması da mümkün transferlə bağlı ehtimalları artırıb.

Bununla belə, “Rayo Valyekano”nun transferlə bağlı hələ konkret addım atmadığı bildirilir. İspaniya klubu İkardinin zədədən sonrakı fiziki durumunu qiymətləndirmək istəyir.

Məlumata görə, klub rəhbərliyində futbolçunun media münasibətləri ilə bağlı da müəyyən suallar var.

İkardi “Qalatasaray”da dörd mövsüm ərzində 134 oyuna çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib.

İdman.Biz