Minifutbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır

29 İyul 2026 17:25
111
Minifutbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır

Minifutbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılacaq.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabr ayında yeni komandaların rəsmi qeydiyyat prosesi başa çatdıqdan sonra ölkə çempionatında neçə klubun iştirak edəcəyi dəqiqləşəcək.

Xatırladaq ki, ötən mövsüm Azərbaycan çempionatında 16 komanda mübarizə aparıb. Liqanın son qalibi “Zirə” komandasıdır. İkinci yeri “Birbaşa Bakı”, üçüncü pilləni isə “Aznur” kollektivi tutub.

İdman.Biz