“Kəpəz” dünya çempionunun çıxış etdiyi komanda ilə üz-üzə

29 İyul 2026 12:28
517
“Kəpəz” dünya çempionunun çıxış etdiyi komanda ilə üz-üzə

“Kəpəz” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi avqustun 1-də Qətərin “Əl-Xəraitiyat” klubu ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

“Kəpəz” toplanış zamanı “Qəbələ”(1:2), “Şamaxı” (0:0) və “Sumqayıt” (0:0) klubları ilə qarşılaşıb.

Qeyd edək ki, dünyaşöhrətli futbolçu Presnel Kimpembe də "Əl-Xəraitiyat"ın heyətində çıxış edir. Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan müdafiəçi, həmçinin 2025-ci ildə PSJ ilə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Hazırda o, komandası ilə birlikdə Qəbələdə təlim-məşq toplanışındadır.

İdman.Biz