“Milan” Modriçlə yeni müqavilə imzalamağa yaxındır

15 İyul 2026 10:36
96
“Milan” Modriçlə yeni müqavilə imzalamağa yaxındır

İtaliyanın “Milan” futbol komandası Luka Modriçlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

İdman.Biz xəbər verir ki, “Milan” rəhbərliyi xorvatiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanacağına əmindir. İnsayder Fabrizio Romanonun məlumatına görə, tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir.

Komandanın baş məşqçisi Ruben Amorim Modriçlə yenidən telefon əlaqəsi saxlayıb. Portuqaliyalı mütəxəssis 40 yaşlı futbolçuya yeni mövsüm üçün hazırladığı planlarda ona yer verdiyini bildirib. Amorim daha əvvəl Modriçlə iki dəfə danışdığını və onu komandanın əsas simalarından biri hesab etdiyini açıqlamışdı.

Modriç yekun qərarını verməzdən əvvəl ailəsinin fikrini də nəzərə alır. Xorvatiyalı futbolçunun “Milan”da daha bir mövsüm qalmağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Modriç 2025-ci ilin yayında “Milan”la 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb. Sazişdə əməkdaşlığın 2027-ci ilin yayınadək uzadılması imkanı nəzərdə tutulub.

Ruben Amorim isə 2026-cı il iyunun 16-da “Milan”ın baş məşqçisi təyin olunub.

İdman.Biz