“Sabah” FK-nın 12 milyona stadion aldığı bildirilir

15 İyul 2026 11:04
125
“Sabah” FK-nın 12 milyona stadion aldığı bildirilir

Son Azərbaycan çempionu “Sabah” futbol klubu Masazırdan köçəcəyi iddia olunur.

İdman.Biz xitab24.az-a istinadən xəbər verir ki, “bayquşlar” “Liv Bona Dea Arena”nı AFFA-dan satın alıb.

Bunun üçün “Sabah” rəhbərliyi 12 milyon manat ödəyib.

Son çempion sözügedən stadionda əvvəlcə təmir işləri aparacaq, daha sonra ev oyunları məhz bu arenada keçirəcək.

Klubdan isə bildirilib ki, hazırda komanda “Bank Respublika Arena”nın xidmətindən istifadə edir və gələcəkdə hər hansı yenilik olarsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Sabah” əvvəllər “Əlincə Arena”, daha sonra isə “Bank Respublika Arena” adlanan Masazırdakı stadiondan icarə əsasında istifadə edirdi.

Onu da əlavə edək ki, əvvəlki adı “Dalğa Arena” olan “Liv Bona Dea Arena”nın açılışı 2011-ci ildə baş tutub. Açılış mərasimində həmin vaxt FIFA -nın prezidenti olan Yozef Blatter və UEFA-nın ozamankı prezidenti Mişel Platini də iştirak edib.

İdman.Biz