Levandovski imicini dəyişdi, sosial şəbəkələr onu “CJ”ə bənzətdi - VİDEO

5 İyul 2026 22:49
81
Levandovski imicini dəyişdi, sosial şəbəkələr onu “CJ”ə bənzətdi - VİDEO

ABŞ-nin “Çikaqo Fayr” futbol klubunun hücumçusu Robert Levandovski yeni imici ilə diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, polşalı futbolçu MLS təmsilçisinə keçidindən sonra görünüşündə dəyişiklik edib.

Levandovskinin yeni tərzi sosial şəbəkələrdə geniş müzakirə olunub. İstifadəçilər onun imicini məşhur “GTA: San Andreas” kompüter oyunundakı əfsanəvi “CJ” obrazına bənzədiblər.

İdman.Biz