“Nyukasl” Nmeça transferindən imtina etdi

28 İyun 2026 13:43
92
“Nyukasl” Nmeça transferindən imtina etdi

Almaniyanın “Borussiya” futbol klubunun yarımmüdafiəçisi Feliks Nmeçanın “Nyukasl”a transferi baş tutmayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə “The Chronicle” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Nyukasl” 25 yaşlı yarımmüdafiəçinin yay transfer pəncərəsində keçidini gündəmindən çıxarıb. Komandanın baş məşqçisi Eddi Hau uzun müddətdir futbolçunun oyununu bəyənir. Lakin “Borussiya”nın maliyyə tələbləri İngiltərə klubu üçün çox yüksəkdir.

Dortmund təmsilçisi Nmeça üçün təxminən 100 milyon avro (200 milyon AZN) istəyir. Futbolçunun müqaviləsində 80 milyon avroluq (160 milyon AZN) sərbəstqalma bəndinin olduğu bildirilir. Amma həmin bənd yalnız 2027-ci ildə qüvvəyə minəcək.

Qeyd edək ki, Nmeça 2025/26 mövsümündə bütün turnirlərdə 42 matç keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz