İspaniyanın “Real Madrid” futbol klubu müdafiəçisi Antonio Rüdigerlə müqaviləni yeniləyib.
İdman.Biz xəbər verir ki, 33 yaşlı futbolçunun yeni sözləşməsi 30 iyun 2027-ci ilədək qüvvədə olacaq. Beləliklə, tərəflər başa çatmaq üzrə olan müqaviləni daha bir il uzadıblar.
Rüdiger 2022-ci ilin yayında İngiltərənin “Çelsi” klubundan azad agent kimi “Real Madrid”ə keçib. Almaniyalı müdafiəçi Madrid təmsilçisinin heyətində 182 oyuna çıxıb və səkkiz titul qazanıb.
O, “Real Madrid”lə Çempionlar Liqası, İspaniya çempionatı, İspaniya Kuboku və klublararası dünya çempionatının qalibi olub.
