“Yuventus” DÇ-2026-nın iştirakçısını transfer edib

17 Avqust 2026 13:15
77
“Yuventus” DÇ-2026-nın iştirakçısını transfer edib

“Bolonya” və Kolumbiya millisinin mərkəz müdafiəçisi Con Lukumi karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirəcək.

İdman.Biz klubun mətbuat xidmətinnə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Turin klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Daha əvvəl mətbuatda yayılan məlumatlara görə, Lukuminin transferi bonuslar nəzərə alınmaqla “Yuventus”a 20 milyon avroya başa gələcək.

Lukumi 2022-ci ildən “Bolonya”nın formasını geyinirdi.

O, ötən mövsüm klubun heyətində bütün turnirlərdə 43 matçda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Lukumi DÇ-2026-da Kolumbiya millisinin keçirdiyi beş oyunun hamısında tam iştirak edib.

İdman.Biz
Məqalədə: