“Sumqayıt”ın yeni baş məşqçisi Premyer Liqada debüt etdi

17 Avqust 2026 13:08
87
“Sumqayıt”ın yeni baş məşqçisi Premyer Liqada debüt etdi

Misli Premyer Liqasının birinci turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev matçına çıxarıb.

Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixində yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.

Filipe Kandido Premyer Liqada ikinci portuqaliyalıdır. Onadək Jorje Kaşkilya ötən mövsüm “İmişli”yə rəhbərlik edib. O, “Sumqayıt”ın dördüncü legioner baş məşqçisidir. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.

İdman.Biz
Məqalədə: