“Real”da gərginlik: Azarkeşlər Mbappenin getməsini tələb edir - FOTO

5 May 2026 11:33
117
“Real”da gərginlik: Azarkeşlər Mbappenin getməsini tələb edir - FOTO

İspaniyanın “Real Madrid” futbol komandasının ulduzu Kilian Mbappe ətrafında gərginlik artmaqdadır. Klubun sosial şəbəkə hesablarındakı hər bir paylaşımın altında azarkeşlər tərəfindən fransalı hücumçunun komandadan kənarlaşdırılması tələbi ilə çoxsaylı ismarıclar yazılır.

İdman.Biz xəbər verir ki, vəziyyət təkcə azarkeş narazılığı ilə məhdudlaşmır. “L’Equipe” nəşrinin yaydığı məlumata görə, paltardəyişmə otağında da Kilian Mbappeyə qarşı münasibət köklü şəkildə dəyişib. Bildirilir ki, o, hazırda komanda daxilində yalnız digər fransalı futbolçularla ünsiyyət qurur.

İdman.Biz