“Milan”ın əfsanəvi qapıçıları şou göstərdirlər - VİDEO

24 Aprel 2026 17:51
168
“Milan”ın əfsanəvi qapıçıları şou göstərdirlər - VİDEO

İtaliyanın “Milan” futbol klubunun sabiq qapıçıları - 48 yaşlı Kristian Abbiati və 52 yaşlı Dida İtaliya media-liqada diqqət mərkəzinə düşüblər.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Əfsanəvi qolkiperlər meydanda bir-birinə rəqib olub, bir neçə möhtəşəm seyvlə yadda qalıblar.

Xüsusilə Abbiatinin “doqquzluq”a etdiyi parlaq sıçrayış matçın ən yaddaqalan epizodu kimi qiymətləndirilib.

İdman.Biz
Məqalədə: