Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz” - “Sumqayıt” oyununda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Nsana Simonun durumu açıqlanıb.
İdman.Biz məsələ ilə bağlı “kimyaçılar”ın mətbuat xidmətinə sorğu ünvanlayıb.
Klubun mətbuat katibi Zaur Xudiyev saytımıza açıqlamasında bildirib ki, fransalı yarımmüdafiəçinin durumu qənaətbəxşdir:
"26 yaşlı futbolçu son məşqdə iştirak etməsə də, onun növbəti turda “Qəbələ”yə qarşı oyunda forma geyinməsi gözlənilir".
Qeyd edək ki, qarşılaşma “Turan Tovuz”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
