“Qarabağ”ın rəqibinin istəyi

Xəbərlər
4 Yanvar 2024 09:39
177
“Qarabağ”ın rəqibinin istəyi

"Qarabağ"ın Avropa Liqasının 1/16 final mərhələsində rəqibi "Braqa" heyətinə yeni futbolçu qata bilər.

İdman.biz xəbər verir ki, portuqaliyalılar Braziliyanın "Qremio" klubunun 20 yaşlı mərkəz müdafiəçisi Qustavo Martinsə elçi düşüb.

Onlar futbolçunu 3 milyon avro qarşılığında icarəyə götürmək istəyirlər. Braziliya tərəfi isə hələlik bu təklifə isti yanaşmır.

"Qarabağ"ın rəqibi bundan əvvəl də Braziliya bazarından transfer həyata keçirməyə çalışıb. Onlar Braziliya A Seriyası təmsilçisi "Kuyaba"nın 20 yaşlı müdafiəçisi Alesandro Dreşi heyətinə qatmağa çalışsalar da, uğursuz olub.

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında ilk oyun fevralın 15-də səfərdə, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.

Emin Ağa
İdman.biz

Məqalədə: