Misli Premyer Liqasının 26-cı turunun “Qarabağ” - “Karvan-Yevlax” matçında son dörd mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.
Bu, təkcə cari mövsümün deyil, son dörd çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/2022 mövsümünə təsadüf edib. 1452 gün, təxminən dörd il əvvəl - 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı səkkiz cavabsız qolla məğlub edib.
Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini yeddi və ya daha çox top fərqi ilə məğlub edib.
