Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçesku ilə yolların ayrıldığını rəsmən açıqlayıb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssisin ikinci gəlişi gözlənilməz sonluqla bitib.
80 yaşlı məşqçinin gedişinə əsas səbəb Rumıniya yığmasının DÇ-2026-nın pley-off mərhələsində Türkiyəyə 0:1 hesabı ilə uduzaraq mundialdan kənarda qalması olub. Lakin ayrılığın tək səbəbi nəticələr deyil.
Məlumata görə, martın 29-da məşqdən əvvəl Luçeskunun vəziyyəti qəfil pisləşib. Özündən gedən tanınmış məşqçi təcili olaraq klinikaya yerləşdirilib. Həm yaş faktoru, həm də yaşanan səhhət problemləri onun fəaliyyətini dayandırmasına gətirib çıxarıb.
