FIFA DÇ-2026-nın final biletlərini kəskin bahalaşdırdı

2 Aprel 2026 17:29
162
FIFA DÇ-2026-nın final biletlərini kəskin bahalaşdırdı

FIFA 2026 Dünya Çempionatının final oyunu üçün bilet satışlarını bərpa etdikdən sonra qiymətlərdə ciddi artım edib.

İdman.Biz “Associated Press” agentliyinə istinadla xəbər verir ki, turnirin zirvə qarşılaşmasına baxmağın maliyyə yükü azarkeşlər üçün gözlənilməz dərəcədə yüksəlib.

Dekabr ayında satışların startında 8 680 dollar (14750 AZN) olan ən bahalı biletlərin qiyməti hazırda 10 990 dollara (18 680 AZN) yüksəlib. Digər kateqoriyalarda da bənzər artımlar müşahidə olunur.

Belə ki, ikinci kateqoriya biletlərin qiyməti 5 575 dollardan 7 380 dollara (12 540 AZN), üçüncü kateqoriya biletlər isə 4 185 dollardan 5 785 dollara (9 830 AZN) qalxıb.

İdman.Biz