“Qarabağ”ın müdafiəçisinə sanksiya tətbiq olundu

1 Aprel 2026 15:30
146
“Qarabağ”ın müdafiəçisinə sanksiya tətbiq olundu

“Qarabağ”ın müdafiəçisi Sami Mmae cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bildirilib ki, belçikalı futbolçu Əvəzedicilər liqasındakı davranışına görə buna məruz qalıb.

O, 21-ci turda “Sabah-2” ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.

Buna görə, S.Mmae 1 oyunluq cəzalandırılıb “Qarabağ-2” 250 manat cərimələnib.

Qeyd edək ki, Sami Mmae intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu əsas heyətdən qovub.

İdman.Biz