DÇ-2026-ya vəsiqə uğrunda amansız mübarizə

27 Mart 2026 10:12
84
DÇ-2026-ya vəsiqə uğrunda amansız mübarizə

2026 Dünya Çempionatının qitələrarası pley-off mərhələsinin finalçıları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, “Boliviya” yığması “Surinam”a 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə “İraq”la qarşılaşmaq hüququ əldə edib.

Digər matçda isə “Yamayka” millisi “Yeni Kaledoniya”nı minimal hesabla (1:0) məğlub edib. Onlar mundiala vəsiqə qazanmaq üçün “Konqo” ilə üz-üzə gələcəklər.

İdman.Biz