Minifutbol üzrə ölkə çempionatında 1/2 finalın cavab oyunları keçirilib.
İdman.Biz bildirir ki, “Zirə” “Sumqayıt”ı qəbul edib.
Oyun 5:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn “Zirə” finala adlayıb.
Digər yarımfinal oyunu “Aznur” və “Birbaşa Bakı” arasında olub.
Matç 1:1 hesabı ilə başa çatıb. İlk matçda 2:1 hesabı ilə üstün olan “Birbaşa Bakı”nın finala yüksələn klub olub.
Final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda oynanılacaq. Yarışın 3-cü yer uğrunda mübarizəsində isə “Sumqayıt” və “Aznur” komandaları görüşəcək.
