“Bu oyuna çox yaxşı hazırlaşmışdıq”.
Bu sözləri “Neftçi”nin futbolçusu Emil Səfərov deyib.
Yarımmüdafiəçi “Qəbələ”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 24-cü turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
“İlk növbədə hava ilə bağlı Qəbələ şəhərində oynamaq çətindir. Amma maraqlı qarşılaşma alındı. Azarkeşlərimizi təbrik edirəm. Qələbəyə layiq idik və layiqli mübarizə apardıq”.
E.Səfərov növbəti görüşlərə də çox yaxşı hazırlaşacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda 34 xalla altıncı pillədə qərarlaşan “Neftçi” 25-ci turda “İmişli”ni qəbul edəcək.
