“Olimpiakos”un sahibi futbolçulara böyük pul mükafatı vəd edib

17 Fevral 2026 12:27
93
“Olimpiakos”un sahibi futbolçulara böyük pul mükafatı vəd edib

“Olimpiakos”un sahibi Evangelos Marinakis komandaya çempionatda son beş oyunu qazanacaqları halda hər bir oyunçuya 1 milyon avro bonus verəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Konstantinos Lianos “X” sosial şəbəkəsində yazıb ki,

O iddia edir ki, Marinakis həmçinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos” “Bayer”i məğlub edərsə, yunan futbol tarixində ən böyük bonusu da vəd edib.

Yunan Superliqasında 21 turdan sonra “Olimpiakos” 47 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider AEK-dən iki xal geri qalır. Komanda çempionluq uğrunda mübarizə aparır.

İdman.Biz