Premyer Liqa nəhəngləri hərəkətə keçir – Uilyams üçün böyük məbləğ

15 Fevral 2026 17:26
70
Premyer Liqa nəhəngləri hərəkətə keçir – Uilyams üçün böyük məbləğ

İspaniyanın "Atletik" klubunun hücumçusu Niko Uilyams yay transfer pəncərəsində komandasını dəyişə bilər.

İdman.Biz xəbər verir ki, TEAMtalk-un məlumatına görə, İngiltərənin "Liverpul" və "Tottenhem" klubları futbolçunun müqaviləsində yer alan 95 milyon avroluq (190 milyon AZN) sərbəstqalma bəndini aktivləşdirməyə hazırdır.

Bildirilib ki, mümkün ayrılığın səbəblərindən biri Bilbao təmsilçisinin avrokuboklara vəsiqə qazana bilməyəcəyi halda oyunçuya həftəlik təxminən 195 min avro ödəmək istəməməsidir. Komanda hazırda İspaniya çempionatında 11-ci pillədə qərarlaşıb.

Məlumatda o da vurğulanır ki, "Barselona" ötən yay baş verən hadisələrdən sonra futbolçunu heyətinə qatmaq üçün yeni cəhd etmək niyyətində deyil.

İdman.Biz