Penaltilərin kralı - “Real” Avropada zirvəyə çıxdı

15 Fevral 2026 14:45
106
Penaltilərin kralı - “Real” Avropada zirvəyə çıxdı

İspaniyanın "Real" klubu 2025/2026 mövsümündə Avropanın aparıcı beş çempionatı arasında ən çox penalti qazanan komanda olub.

İdman.Biz xəbər verir ki, “Opta”nın məlumatına görə, madridlilərin xeyrinə artıq 13 onbirmetrlik təyin edilib. Onlardan ikisi La Liqanın 24-cü turunda "Real Sosyedad"la keçirilən və 4:1 hesabı ilə başa çatan matça təsadüf edib.

Bu göstəricidə ən yaxın izləyici Almaniyanın "Bavariya" klubudur - 9 penalti. Daha sonra "Maynz", İngiltərənin "Brentford" və Fransanın "Brest" komandaları gəlir. Həmin kollektivlərin hər birinin aktivində səkkiz onbirmetrlik var.

La Liqada isə penalti reytini belədir: “Jirona” - 7, “Barsa” – 6, “Malyorka” – 6, “Selta” – 6.

24 turdan sonra "Real" ölkə çempionatında da liderdir. Komanda 60 xal toplayıb və "Barselona"nı iki xal qabaqlayır. Kataloniyalıların isə ehtiyatda bir oyunu var.

İdman.Biz