“Burada qalmaq istədim” – Elvin Camalovdan transfer söz-söhbətlərinə cavab

15 Fevral 2026 15:58
97
“Burada qalmaq istədim” – Elvin Camalovdan transfer söz-söhbətlərinə cavab

"Neftçi" klubunun futbolçusu Elvin Camalov Premyer Liqanın son turunda "Qəbələ" üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi sportinfo.az saytına açıqlamasında matçın iki fərqli hissədən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, ilk yarıda üstün tərəf olublar və qol vurublar, fasilədən sonra isə rəqibin imkanları yaranıb. Camalov əsas olanın üç xal olduğunu və komandanın buna nail gəldiyini vurğulayıb.

Son beş matçda toplanan 11 xalı dəyərləndirən yarımmüdafiəçi qarşıdakı oyunların əhəmiyyətini xüsusi vurğulayıb. O, "Qəbələ" və "Kəpəz"lə görüşlərin yarışa qoşulmaq baxımından həlledici olduğunu bildirib və növbəti turda da qalib gəlmək üçün maksimum çalışacaqlarını söyləyib. Məqsədin avrokubok iddiasını davam etdirmək olduğunu əlavə edib.

Qış fasiləsində mümkün ayrılıq barədə yayılan xəbərlərə münasibət bildirən Camalov hər bir futbolçunun "Neftçi" kimi komandada oynamaq arzusunda olduğunu deyib. O, özünü burada xoşbəxt hiss etdiyini, son vaxtlar az şans qazansa da, müqaviləsinin mövsümün sonuna qədər qüvvədə olduğunu xatırladıb. Futbolçu qalmaq üçün əlindən gələni edəcəyini bildirib.

"Qəbələ"yə keçidlə bağlı suala isə Camalov qısa cavab verib: “Komandada qalmaq öz seçimimdir”.

İdman.Biz