“Qarabağ” oyunu Qubada tribunaları doldurdu - VİDEO

14 Fevral 2026 16:00
88
“Qarabağ” oyunu Qubada tribunaları doldurdu - VİDEO

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “İmişli” – “Qarabağ” görüşü yalnız meydandakı mübarizə ilə deyil, tribunadakı yüksək azarkeş fəallığı ilə də diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, hazırda Quba Olimpiya Stadionunda baş tutan matçda tribunaların böyük hissəsi doludur. Rəsmi tutumu 6 min nəfər olan arenada qarşılaşmanı təxminən 4-5 min azarkeş izləyir.

Qeyd edək ki, “İmişli”nin müvəqqəti olaraq ev oyunlarını keçirdiyi Quba stadionunda adətən 100-200 arası tamaşaçı olur. Bu dəfə isə tribunaların dolması əsasən “Qarabağ”a Quba və ətraf bölgələrdə göstərilən xüsusi maraq və dəstəkdən irəli gəlir.

İdman.Biz
Məqalədə: