58 yaşında yeni başlanğıc - VİDEO

8 Fevral 2026 15:48
98
58 yaşında yeni başlanğıc - VİDEO

Yaponiyanın "Fukusima Yunayted" klubunda çıxış edən Kazuyosi Miura futbol tarixində nadir hadisəyə imza atıb.

İdman.Biz xəbər verir ki, 58 yaşlı forvard Yaponiya üçüncü liqasında debüt edərək peşəkar karyerasının 41-ci mövsümünü başlayıb. O, bununla da dünyanın ən yaşlı aktiv futbolçusu statusunu qoruyub.

Uzun illərdir futbol oynayan Miura müxtəlif nəsillərin dəyişməsinə baxmayaraq yaşıl meydanlardan ayrılmır və idmana sədaqətin simvollarından biri hesab olunur.

Təcrübəli hücumçunun yeni mövsümdə nə qədər oyun şansı qazanacağı maraqla gözlənilir.

İdman.Biz