Kriştianu Ronaldu "Ən-Nəsr"in oyunlarını boykot etmək qərarına gəlib

2 Fevral 2026 10:40
103
Kriştianu Ronaldu "Ən-Nəsr"in oyunlarını boykot etmək qərarına gəlib

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Ən-Nəsr"də yaranmış mövcud vəziyyətdən narazı olduğu üçün komandanın oyunlarında iştirakdan imtina edib.

İdman.Biz xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Ronaldu "Ən-Nəsr"in növbəti turda "Ər-Riyad"la keçirəcəyi oyunu buraxmağı planlaşdırır.

39 yaşlı futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubun idarə olunmasından narazıdır. Onun fikrincə, fond "Ən-Nəsr"ə kifayət qədər investisiya yatırmır.

Qeyd olunur ki, Ronaldu klub rəhbərliyinin qərarlarının "Ən-Nəsr"ə zərər verdiyini düşünür. Xüsusilə "Əl-Hilal"la müqayisədə transfer bazarında daha passiv siyasət aparılması portuqaliyalı hücumçunun narazılığına səbəb olub.

İdman.Biz