Cud Bellinqem təxminən bir ay meydanlardan uzaq qalacaq

2 Fevral 2026 09:43
108
Cud Bellinqem təxminən bir ay meydanlardan uzaq qalacaq

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Cud Bellinqem zədə səbəbindən bir müddət komandaya kömək edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, ingilis futbolçuya sol ayağın yarımquru əzələsindən zədə diaqnozu qoyulub. "El Chiringuito"nun yazdığına görə, 22 yaşlı oyunçunun bərpası təxminən bir ay vaxt aparacaq.

Bellinqem zədəni La Liqanın 22-ci turunda “Rayo Valyekano” ilə oyunda alıb. Fevralın 1-də keçirilən və “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə yarımmüdafiəçi 10-cu dəqiqədə əvəzlənib.

Bu mövsüm Cud Bellinqem bütün turnirlərdə 27 matçda iştirak edib, altı qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: