Liqa 1: “Lion” “Lill”i minimal hesabla məğlub etdi

1 Fevral 2026 20:03
63
Liqa 1: “Lion” “Lill”i minimal hesabla məğlub etdi

Fransa Liqa 1-in 20-ci turunda “Lion” doğma meydanda “Lill”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, matçda yeganə qol 37-ci dəqiqədə “Lion”un yarımmüdafiəçisi Noa Narti tərəfindən vurulub.

Bu nəticədən sonra “Lion” 20 turdan sonra 39 xal toplayaraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Lill” isə 32 xalla beşinci yerdədir.

Növbəti turda “Lill” fevralın 6-da səfərdə “Mets”lə üz-üzə gələcək. “Lion” isə bir gün sonra “Nant”la qarşılaşacaq.

İdman.Biz
Məqalədə: