Salah Anri və Runinin rekordunu qırdı

1 Fevral 2026 12:15
74
Salah Anri və Runinin rekordunu qırdı

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında tarixi göstəriciyə imza atıb. Misirli futbolçu “Nyukasl”la 4:1 hesabı ilə başa çatan oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz "Squawka"ya istinadən xəbər verir ki, Salah “Enfild”də keçirilən qarşılaşmanın 67-ci dəqiqəsində Florian Virtsə assist edib. Bununla da onun Premyer Liqa çərçivəsində bir stadionda birbaşa iştirak etdiyi qolların sayı 152-yə çatıb.

Bu göstərici sayəsində 33 yaşlı hücumçu İngiltərə çempionatı tarixində bir arenada ən çox məhsuldar nəticə göstərən futbolçu olub. Salah bu sahədə “Hayberi” stadionunda 151 qol epizodunda iştirak etmiş Tyerri Anrini və “Old Trafford”da eyni göstəriciyə imza atmış Ueyn Runini geridə qoyub.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”un formasını geyinir. Cari mövsümdə Premyer Liqada onun aktivində 4 qol və 5 məhsuldar ötürmə var.

İdman.Biz
Məqalədə: