“Torino”nun sabiq futbolçusu gecə klubunda güllələnib

Xəbərlər
23 Dekabr 2023 13:45
170
“Torino”nun sabiq futbolçusu gecə klubunda güllələnib

"Torino"nun sabiq futbolçusu Rozolino Selesiya İtaliyanın Palermo şəhərindəki gecə klublarından birində güllələnib.

İdman.biz xəbər verir ki, 22 yaşlı italiyalı xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.

Futbolçuya boyun və döş qəfəsindən üç dəfə atəş açılıb. Hadisə gecə klubunun tualetində baş verib. Polis cinayəti törətməkdə şübhəli bilinən biri 17, digəri 22 yaşında olan iki qardaşı saxlayıb.

Qeyd edək ki, Selesiya "Torino"nun gənclərdən ibarət klubunda oynayıb və ardınca karyerasını bitirib.

İdman.biz