Yens Leman dələduzluqda ittiham olunub, 420 min avro cərimələnib

Xəbərlər
23 Dekabr 2023 13:13
599
Yens Leman dələduzluqda ittiham olunub, 420 min avro cərimələnib

Almaniya millisinin və “Arsenal”ın veteran qapıçısı Yens Leman 420 min avro cərimələnib.

İdman.biz xəbər verir ki, buna səbəb qonşusunun əmlakına ziyan vurması, polis əməkdaşlarını dəfələrlə təhqir etməsi və dələduzluq cəhdləri olub.

Qolkiper yaddaş pozuntusuna görə baş verənləri xatırmamadığını deyib.

Bundan əlavə, 2021-ci və 2022-ci illərdə Yens Münhen hava limanında iki dəfə parklama qaydalarını pozub. Keçmiş qapıçı elektrikli avtomobilini şarj etdikdən sonra pul ödəmədən “aradan çıxıb” və bu yolla 300 avroya qənaət edib.

Qeyd edək ki, Leman həbs oluna da bilər. Onun üçün 10 aylıq həbs cəzası da tələb edilib.

İdman.biz

Məqalədə: