“Barselona” və “Çelsi”nin gözü Bakıda: “Qarabağ” mümkün rəqiblər arasındadır - VİDEO

29 Yanvar 2026 16:40
79
“Barselona” və “Çelsi”nin gözü Bakıda: “Qarabağ” mümkün rəqiblər arasındadır - VİDEO

UEFA Çempionlar Liqasında əsas mərhələsi başa çatıb və 1/8 finala gedən yolun xəritəsi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, əsas mərhələni müvafiq olaraq beşinci və altıncı pillələrdə tamamlayan “Barselona” və “Çelsi” birbaşa 1/8 finala vəsiqə qazanaraq pley-off mərhələsinin nəticələrini gözləyirlər.

Hər iki klubun yaydığı rəsmi məlumatda 1/8 finaldakı potensial rəqiblərin PSJ, “Nyukasl”, “Monako” və “Qarabağ”dan ibarət olduğu bildirilib.

Yanvarın 30-da keçiriləcək püşkatma mərasimindən sonra “Qarabağ” pley-off mərhələsində PSJ və ya “Nyukasl”la qarşılaşacaq. Bu cütlüyün qalibi isə növbəti mərhələdə “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

İdman.Biz