“Məncə, bu oyundan bir xal almaq mümkündür”.
Bu sözləri “Qarabağ”ın sabiq üzvü Zaur Ramazanov deyib.
Veteran futbolçu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Liverpul”la keçirəcəyi sonuncu – səkkizinci tur oyunu haqqında fikirlərini bölüşüb.
“Düşünürəm ki, matç heç-heçə bitəcək. “Qarabağ”ın son oyunları göstərdi ki, “Liverpul”la da oynamaq olar. Üstəlik, İngiltərə təmsilçisi son vaxtlar o qədər də stabil çıxış etmir. Öz çempionatlarında da axrıncı oyunda məğlub olublar. Bundan istifadə edib bir xal qazanmaq mümkündür. Şanslar bərabərdir. Komandamızın mərhələ keçməsini biz də çox istəyirik. “Qarabağ”ımıza uğurlar arzulayıram”, - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Liverpul” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 23:59-da keçiriləcək.
