Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Almaniyada komandasını dəyişib.
İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Bundesliqada Gənclər Liqasında mübarizə aparan “Berliner”in klubunun U-19 komandasına keçib.
Yığma üzvü hazırda yeni komandası ilə birgə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak edir.
Berlin təmsilçisi yoxlama matçlarında Rusiyanın “Krasnodar” və “Spartak” (Moskva) klubları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Zeyd Nəsirulla bunadək “Herta Zelendorf”un U-19 komandasında çıxış edib.
