Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb

Xəbərlər
26 Yanvar 2026 15:31
81
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) - “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.

İdman.Biz