“Çelsi”nin vingeri Estevao Vilyan Premyer Liqanın “Kristal Pelas”la matçında (3:1) oyunun əsas simalarından birinə çevrilib.
İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, Braziliyalı futbolçu 34-cü dəqiqədə hesabı açıb, 50-ci dəqiqədə isə Joao Pedroya məhsuldar ötürmə verib.
Bu nəticə ilə Estevao 18 yaş 276 günündə Premyer Liqada bir oyunda həm qol, həm də assist edən son 33 ilin ən gənc futbolçusu olub. Bu göstərici liqa tarixində nadir hallarda qeydə alınıb.
Premyer Liqa tarixində daha erkən yaşda buna nail olan yeganə futbolçu isə 1993-cü ilin aprelində 18 yaş 164 günündə fərqlənən Nil Şipperlidir(“Brentford”).
