Estevao Premyer Liqa tarixində iz qoydu

Xəbərlər
26 Yanvar 2026 01:41
96
Estevao Premyer Liqa tarixində iz qoydu

İngiltərə Premyer Liqasında (APL) tarixi nailiyyət qeydə alınıb.

İdman.Biz xəbər verir ki, “Çelsi”nin braziliyalı futbolçu Estevao bir oyunda həm qol vurub, həm də məhsuldar ötürmə edərək APL tarixində bunu bacaran ən gənc braziliyalı oyunçu olub.

Gənc hücumçu “Kristal Palas”la oyunda göstərdiyi performansla matçın əsas simalarından birinə çevrilib və Premyer Liqa tarixində braziliyalı futbolçular arasında yeni rekorda imza atıb.

İdman.Biz