İngiltərə Premyer Liqası: “Aston Villa”dan səfərdə inamlı qələbə: “Nyukasl” məğlub oldu – YENİLƏNİB + VİDEO

Xəbərlər
25 Yanvar 2026 21:00
171
İngiltərə Premyer Liqası: “Aston Villa”dan səfərdə inamlı qələbə: “Nyukasl” məğlub oldu – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının 23-cü turunda “Aston Villa” səfərdə “Nyukasl”la qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş “Aston Villa”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində hesabı 19-cu dəqiqədə yarımmüdafiəçi Emiliano Buendia açıb. 88-ci dəqiqədə isə hücumçu Olli Uotkins fərqlənərək matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra “Aston Villa” 46 xala yüksələrək Premyer Liqa turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Nyukasl” isə 33 xalla doqquzuncu yerdədir.

Turun digər qarşılaşmasında “Nottingem Forest” səfərdə “Brentford”u 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu 12-ci dəqiqədə “Nottingem Forest”in hücumçusu İqor Jezus vurub.

20:31

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Kristal Palas” və “Çelsi” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, səfərdə keçirilən qarşılaşmada “Çelsi” 3:1 hesablı qələbə qazanıb.

Hesabı 34-cü dəqiqədə Estevao açıb. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Joao Pedro fərqi iki topa çatdırıb. 64-cü dəqiqədə isə Enso Fernandes penaltini dəqiq yerinə yetirərək üstünlüyü daha da artırıb.

Ev sahibləri üçün vəziyyət 73-cü dəqiqədə daha da çətinləşib. Adam Uorton ikinci sarı vərəqə aldıqdan sonra meydandan kənarlaşdırılıb. “Kristal Palas”ın yeganə qolu isə 89-cu dəqiqədə Kris Riçards tərəfindən vurulub.

Bu nəticədən sonra “Kristal Palas” 28 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Çelsi” isə 37 xalla Premyer Liqada dördüncü yerdədir.

İdman.Biz