“Yuventus” klubu Yussef En-Nesyrinin transferi ilə bağlı yekun qərarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, “Yuventus”un skautinq direktoru Corco Kyellini “Sky Sports”a açıqlamasında mərakeşli hücumçu ilə bağlı danışıqların dayandırıldığını bildirib.
Onun sözlərinə görə, transferin reallaşmamasının əsas səbəbi futbolçunun şərtlərlə bağlı tərəddüdləridir:
“En-Nesyri ilə bağlı vəziyyət olduqca sadədir. Onunla danışdıq və transferin formulu ilə bağlı bəzi şübhələrini ifadə etdi. Bu şərtlər altında bizim üçün En-Nesyri mövzusu bağlanıb. Biz futbolçunu bonservisi ilə almaq istəmirik”.
Xatırladaq ki, hazırda Türkiyənin “Fənərbağça” klubunda çıxış edən Yussef En-Nesyrinin İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. 28 yaşlı hücumçu “Fənərbağça”ya transfer olunduğu gündən bu yana bütün turnirlərdə 77 oyunda iştirak edib, 38 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
