“Sabah” Ayaz Quliyevlə yollarını ayırdı

Xəbərlər
25 Yanvar 2026 21:40
110
“Sabah” Ayaz Quliyevlə yollarını ayırdı

“Sabah” klubunun futbolçusu Ayaz Quliyev karyerasını Rusiyada davam etdirməyə yaxındır.

İdman.Biz xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə formasını geyindiyi Rusiyanın “Arsenal” (Tula) klubu ilə razılıq əldə edib. Bu barədə rusiyalı insayder İvan Karlov məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Quliyevin gedişi pulsuz razılaşdırılıb. Futbolçunun Tula klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Ayaz Quliyev cari mövsümdə “Sabah”ın heyətində cəmi 136 dəqiqə meydanda olub.

Beləliklə, Quliyev karyerasında daha əvvəl çıxış etdiyi kluba yenidən qayıtmağa hazırlaşır.

İdman.Biz