Sergen Yalçın ABŞ-li yarımmüdafiəçisi üçün israr edir

Xəbərlər
23 Yanvar 2026 11:35
44
Sergen Yalçın ABŞ-li yarımmüdafiəçisi üçün israr edir

İstanbulun “Beşiktaş” futbol klubu orta sahəni gücləndirmək istəyir.

İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Qara qartal”lar “Yuventus”un yarımmüdafiəçisi Ueston Makkeyni hədəfə alıb.

Baş məşqçi Sergen Yalçının müsbət rəyi əsasında rəhbərliyin 27 yaşlı ABŞ-li futbolçu üçün transfer cəhdlərinə hazırlaşdığı bildirilir.

Müqaviləsi mövsümün sonunda başa çatacaq Makkeynlə “Beşiktaş”la yanaşı “Roma”, “Milan” və “Atletiko”(Madrid) də maraq göstərir.

Bu mövsüm “Yuventus”un forması ilə 28 oyuna çıxan yarımmüdafiəçi beş qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz