Səudiyyə Ərəbistanı klubları bu yay transfer bazarında böyük fəallıq göstərməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Mənbənin iddiasına görə, ölkə klublarının əsas hədəfləri sırasında Məhəmməd Salah, Bruno Fernandeş, Vinisius Junior və Robert Levandovski yer alır.
Qeyd olunur ki, sözügedən futbolçularla bağlı mümkün transfer danışıqları dünya çempionatından sonra aktiv mərhələyə keçə bilər. Gözləntilərə əsasən, bu transferlər beynəlxalq futbol bazarında ciddi rezonans doğuracaq.
