Ronaldu 2027-ci ildə karyerasını başa vura bilər

Xəbərlər
23 Yanvar 2026 09:36
65
Ronaldu 2027-ci ildə karyerasını başa vura bilər

Portuqaliya millisinin və “Ən-Nəsr” klubunun 40 yaşlı hücumçusu Kriştianu Ronaldu 2027-ci ildə futbolçu karyerasını başa vura bilər.

Bu barədə jurnalist Ben Ceykobs “X” səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, Ronaldu ilə klub portuqaliyalı futbolçunun 2027-ci ildə başa çatacaq müqaviləsini uzatmağı planlaşdırmır. Məhz bu səbəbdən jurnalist həmin vaxta 42 yaşı olacaq Kriştianunun böyük ehtimalla karyerasını bitirmək qərarı verəcəyini qeyd edir.

Bununla yanaşı vurğulanır ki, Ronaldu dəfələrlə əsas məqsədinin karyerası ərzində 1000 qol həddinə çatmaq olduğunu bildirib. Hazırda Kriştianunun hesabında 960 qol var.

Xatırladaq ki, portuqaliyalı futbolçu 2023-cü ildən etibarən “Ən-Nəsr”in formasını geyinir.

İdman.Biz
Məqalədə: