“Çelsi” gənc istedadla razılaşıb

Xəbərlər
22 Yanvar 2026 19:35
47
“Çelsi” gənc istedadla razılaşıb

İngiltərənin “Çelsi” komandası heyətini perspektivli futbolçu ilə gücləndirməyə yaxındır.

İdman.Biz xəbər verir ki, klub “Şeffild Uensdey”in gənc cinah müdafiəçisi 17 yaşlı Yisa Alao ilə bağlı razılıq əldə edib.

Qeyd edək ki, transferin ilkin məbləği 500 min funtdan çoxdur (təxminən 1 milyon AZN) və müqavilədə əlavə bonuslar da nəzərdə tutulub. “Çelsi” bu keçiddə İngiltərə Premyer Liqasının daha üç aparıcı klubunu geridə qoyub.

17 yaşlı futbolçu ilə bağlı bütün əsas detallar razılaşdırılıb və keçidin yaxın zamanda rəsmiləşməsi gözlənilir.

İdman.Biz
Məqalədə: