Florentino Peres Vinisiusla bağlı qərarını verib

Xəbərlər
22 Yanvar 2026 14:27
51
Florentino Peres Vinisiusla bağlı qərarını verib

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Perez Vinisius Juniorun gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Carrusel Deportivo”ya açıqlamasında “Real Madrid”in sabiq skautu Manolo Romero danışıb.

O, braziliyalı vingerin 2027-ci ilin iyununda başa çatacaq müqaviləsinin uzadılmasının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, Florentino Peres Vinisiusu “Madrid” üçün əvəzolunmaz futbolçu hesab edir.

Klub prezidenti yaxın çevrəsinə bildirib ki, yüksək səviyyəli məşqçilər tapmaq mümkündür, lakin Vinisius səviyyəsində futbolçular bazarda olduqca nadirdir. Bu baxımdan rəhbərlik braziliyalı oyunçunu layihənin əsas fiquru kimi görür.

Məlumata görə, “Real”ın baş məşqçisi ilə Vinisius Junior arasında mövcud olan müsbət münasibətlər də potensial müqavilə uzadılması prosesində klubun xeyrinə ciddi amil sayılır. Bununla belə, hücumçunun maaşla bağlı yüksək tələbləri danışıqlarda müəyyən ehtiyat yaradır.

Eyni zamanda “Real Madrid” rəhbərliyi Vinisiusun yenidən ən yüksək formasına qayıtmasını istəyir. Klub yalnız bu halda ona maliyyə baxımından çox sərfəli və uzunmüddətli müqavilə təklif etməyə tam hazırdır.

İdman.Biz